Nənəsi vəfatından əvvəl Mahir Emrelini niyə məhkəməyə veribmiş?

19 Mart 2023 13:20 Qalmaqal 994
Nənəsi vəfatından əvvəl Mahir Emrelini niyə məhkəməyə veribmiş?

Hazırda Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib.

Sportinfo.az xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır.

İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. Əldə etdiyimiz məlumata görə, birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Bu səbəbdən də iş üzrə apellyasiya şikayəti verilib.

İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.

fc45e531ee660cd0e6c9a6bd9f4d857f176506_z107a0mb80-jpg.jpg (32 KB)

İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüsser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüsser də əmlakın bölüşdürülməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddiasını qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır.

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla evləndiyinə görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu olaydan sonra atasının soyadından imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti