Azərbaycan millisindən ərəblərlə ikinci heç-heçə

12 Fevral 2025 02:50 Qadın futbolu 940
Azərbaycan millisindən ərəblərlə ikinci heç-heçə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə yekunlaşıb. Millimizin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.

Komandalar arasında fevralın 7-də keçirilən ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM