“Anam üçün darıxıram" - VİDEO

30 Oktyabr 2020 16:28 Problem 809
“Anam üçün darıxıram" - VİDEO

Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlanıb.

Sportinfo.az xəbər verir ki, videoçarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib.

Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.

Layihə Azərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşəbbüsü ilə ərsəyə gəlib.

Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb.

Digər Xəbərlər
Xəbər Lenti