Uels futbolunun tanınmış simalarından olan Con Toşak oğlu tərəfindən səsləndirilən demensiya (beyin funksiyasının tədricən zəifləməsi, yaddaş zəifliyi) iddialarına münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı məşqçi özü haqqında yayılan sözləri təkzib edərək, qısa cavab verib:
“Demensiya? Hələ yox”.
Toşakın həyat yoldaşı May Toşak isə vəziyyətin ailə üçün emosional olduğunu deyib. Onun sözlərinə görə, Toşak oğlunun açıqlamasından çox təsirlənib:
“O, gecə saat ikidə ağlayaraq yatdı. Oğlu isə atasını iki ildir görməyib”.
Futbolçu karyerası dövründə hücumçu mövqeyində çıxış edən Toşak zarafat edərək belə deyib:
“Buraxdığım qolları xatırlamıram, amma vurduqlarım yaxşı yadımdadır”.
Bununla belə, o, yaddaşında qısamüddətli müəyyən zəifləmələr olduğunu da etiraf edib.
Con Toşak futbolçu kimi “Kardiff”, “Liverpul” və “Suonsi”də çıxış edib. Məşqçi karyerası ərzində “Real”, Lissabon “Sportinq”i, “Beşiktaş” kimi komandalara rəhbərlik edən Toşak həmçinin hazırda fəaliyyətini dayandırmış “Xəzər Lənkəran”da da baş məşqçi kimi çalışıb.

