“Qarabağ hərəkatı”nı davam etdirməməliyik” - Paşinyan

07:10 Problem 72
“Qarabağ hərəkatı”nı davam etdirməməliyik” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə regionda sülhün qalıcı olması ilə bağlı bəyanatlar səsləndirib.

Kremldə baş tutan danışıqlar zamanı Paşinyan Ermənistanda “Qarabağ hərəkatı”nın artıq dayandırılmalı olduğunu vurğulayıb.

O, İrəvan və Bakı arasında sülhün bərqərar olduğunu qeyd edərək bildirib:

“Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik. Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”.

Baş nazir həmçinin əlavə edib ki, İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıyıb və bu fakt Rusiyanın ali rəhbərliyi tərəfindən də dəfələrlə qeyd olunub.

Görüşdə tərəflər həmçinin Rusiya-Ermənistan strateji tərəfdaşlığı, Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin inkişafını müzakirə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida