“Xəzər Lənkəran”da çalışmış məşhur baş məşqçi yaddaşını itirdi

26 Mart 22:30 Problem 951
“Xəzər Lənkəran”da çalışmış məşhur baş məşqçi yaddaşını itirdi

"Real"ın və Uels millisinin keçmiş baş məşqçisi, bir vaxtlar Azərbaycanda çalışmış Con Toşak ağır xəstəliyə tutulub.

Sportinfo.az xəbər verir ki, bunu onun oğlu Kemeron Toşak "Daily Mail"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, atasına demensiya diaqnozu qoyulub. Demensiya yaddaşın və əqli qabliyyətin azalmasıdır.

"Bu, dəhşətli bir xəstəlikdir. Biz onun təsirlərini qısamüddətli yaddaşında görürük.

Onunla ən çox mən danışıram. Nahardan sonra söhbət edəndə səhər danışdığımızı xatırlamaya bilər" - deyə Kemeron Toşak bildirib.

77 yaşlı Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Uelsli mütəxəssis müxtəlif illərdə "Real"ı çalışdırıb.

Toşakın rəhbərliyi altında Madrid klubu 1989/1990 mövsümündə İspaniya çempionluğunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!