"Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər”

09:25 Problem 138
"Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər”

Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir.

Sportinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat bildirib ki, Türkiyə filmləri ilə bu gün dünyanı Osmanlıdan daha çox tutub:

"Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır.

Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?!

Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl.

Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin evindən 17 milyon qanunsuz pul tapıldı, bu, 10 dənə tammetrajlı film deməkdir.

Amma bu pulu evdə saxlayırlar, verin, filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın. Türkiyə filmlərlə, “Fateh Sultan Mehmet” dünyanı tutub”.

Mehdiyevin evindən 17 milyon tapıldı, bu, 10 film deməkdir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti