“İmişli” Qubada “tilsim”ə düşüb

09:00 Problem 70
“İmişli” Qubada “tilsim”ə düşüb

Misli Premyer Liqasının 24-cü turu “İmişli”nin uğursuz seriyasının davam etməsinə səbəb olub.

Sportinfo.az xəbər verir ki, aranlılar öz meydanında hələ qalibiyyət üzü görməyib.

Premyer Liqanın debütantı rəqiblərini qəbul etdiyi Qubada 12 qarşılaşmanın 5-də məğlub olub (1-i texniki), 7-də isə bərabərə qalıb.

Bölgə təmsilçisi son 4 ev oyununda qol belə vura bilməyib.

Misli Premyer Liqasında 24 turdan sonra “İmişli” 22 xalla 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti