Bakıya gətirilir - Bizimkilərin parisdə qazandıqları medallar yenisi ilə əvəzləndi

03:50 Problem 69
Bakıya gətirilir - Bizimkilərin parisdə qazandıqları medallar yenisi ilə əvəzləndi

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsindən (MOK) məlumat verilib.

Bildirilib ki, taekvondoçu Qaşım Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.

Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti