O, baş məşqçi postunda qalmağa davam edəcəksə…

11:05 Problem 163
O, baş məşqçi postunda qalmağa davam edəcəksə…

Bu, bir az da belə davam etsə, «Karvan» mövsümün sonunadək ikinci qələbəsini qazana bilməyəcək.

Füzuli Məmmədovun hər dediyinə, hər vədinə inanmayın.

O, hələ bir neçə tur öncə uğurlu seriya barədə danışmışdı. Həmin nikbin proqnozun üstündən ayyarım keçib, «Karvan» məğlubiyyətləri sıralayıb, cəmi 2 xal əldə edə bilib.

Növbəti yenilgini də «Araz-Naxçıvan»dan aldılar. «Karvan» nə qədər ki heç-heçə üçün oynayacaq, vəziyyət nə düzələcək, nə dəyişəcək.

Qaçmaq, ora-bura tullanmaq, 11 nəfərlə cərimə meydançasının içinə doluşmaq futbol demək deyil.

Füzuli Məmmədov nə qoyub, nə axtarır, deyəsən, heç özü də bilmir.

«Karvan»ın qatarı çoxdan gedib. Artıq I Liqaya hazırlaşsalar yaxşıdır. Gecikirlər yenə.

I Liqa onları gözləyir. Füzuli Məmmədov burada qalmağa davam edəcəksə, niyə bu praqmatik futbolundan əl çəkmir, qəribədir.

1 xal üçün oynaya-oynaya turnir cədvəlinin lap «dib»inə çökmüş «Karvan»ı indən sonra heç bir təcrübəli və tanınmış mütəxəssis çıxara bilməz.

Dünyanın ən yaxşı məşqçisini gətir, komandanın oyununa, halına baxıb əllərini yana açacaq. Füzuli Məmmədov komandanı bu duruma salıb.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti