“Mən buna görə atama bu qədər nifrət edirəm" - ŞOK AÇIQLAMA!

3 Noyabr 10:20 Problem 724
“Mən buna görə atama bu qədər nifrət edirəm" - ŞOK AÇIQLAMA!

“Roma”nın və Belçika millisinin sabiq yarımmüdafiəçisi, hazırda “Lokeren-Temse”də çıxış edən Radja Nainqqolan atasına niyə nifrət etdiyini izah edib.

Sportinfo.az xəbər verir ki, Nainqqolan "Het Huis" verilişində bunları qeyd edib:

“Atamın ucbatından biz Dövlət Sosial Təminat Mərkəzində qaldıq. Bəzən qeyri-kommersiya təşkilatından bizə geyim və ərzaq paketləri verilirdi.

Anam daim işləyirdi, sonra da kafedə əlavə işə girdi, özünü əsirgəmirdi. Bəzən onu iki gün görmürdüm.

O, hər gün yeməyə pulumuz olsun deyə çalışırdı. Anam bacardığı hər şeyi edirdi ki, mən və bacım heç nəyə möhtac olmayaq.

Elə buna görə də mən atama bu qədər nifrət edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq