İstefa vermək vaxtı yetişdi…

11:05 Problem 524
İstefa vermək vaxtı yetişdi…

«Karvan» növbəti antirekorda doğru gedir.

Passivindəki məğlubiyyət sayı artıq 7-dir.

Premyer Liqada qalmaq istəyində olan komanda üçün bu, olduqca pis göstəricidir. Bir neçə tur da belə davam edərlərsə, «zirzəmi»dən qurtulmaqları lap çətinləşəcək.

Elə oyun olmur ki, «Karvan» müdafiədə səhvlərə yol verməsin. Olacaq da, orta sahədə top saxlamırlar. «Karvan», ümumiyyətlə, topla oynamağı yadırğayıb.

Bir iş bilirlər - əks-hücum. Mərkəzdə top saxlasınlar, ərazi üstünlüyünə yiyələnsinlər, rəqibə pressinq tətbiq eləsinlər - bunların birinə də «Karvan»da rast gəlmirik.

Coy Sleyd Mikels və Tompson Qavi kimi iki-üç sürətli ön xətt futbolçuları var, elə bilirlər ki, bununla dünya düzəldi, hər işləri yağ-bal kimi gedəcək.

Müdafiə zatən zəifdir. Bir də rəqib qatar-qatar üstünə gələndə, aydın məsələdir, hansısa epizodlarda boşluqlara yol verəcək və qapında qol, yaxud qollar görəcəksən.

Zədəlilər və cəzalılar da bu yandan. Problemlər o qədər çoxdur ki, hansı birinin üzərində ayrıca dayanasan, bilmirsən.

Kağız üzərində baş məşqçi Azər Həşimov də deyir ki: "Mən heç vaxt futbolçunun kölgəsində qalan biri deyiləm".

Bu sözü onun ünvanına kim deyib, xəbərsizəm. Demirəm, səhv deyib, ya düz deyib - mən isə deyirəm ki, Azər Həşimov indi istefa versə, doğru addım atmış olar.

Bir belə söz-söhbəti yığıb-yığışdırması artıq gecdir.

Kənardan hər şey başqa cür görünür. Və heç yaxşı görünmür.

Nə «Karvan», nə də onun özü üçün.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti