"Karvan-Yevlax"ın azarkeşləri narahatdır.
Səbəb klubun məşqlərini örtüyü yenilənən Yevlax şəhər stadionunda etdiyi halda, rəsmi oyunlarını Şamaxıda keçirməsidir.
Məsələ ilə bağlı son durumu araşdırdıq.
Məlum oldu ki, klub rəqiblərini rəsmi oyunlarda qəbul etmək üçün öncə bir sınaq matçı təşkil etməlidir.
Bu, Peşəkar Futbol Liqasının aran təmsilçisindən olan tələbidir.
Məhz yoxlama oyununda arena son dəfə test olunacaq, yerində lazım olan məsələlər yoxlanılacaq.
Məhz bundan sonra idman qurğusunda Premyer Liqa görüşlərinin keçirilib-keçirilməməsinə yekun qərar veriləcək.
Bir sözlə, hazırda söz "Karvan-Yevlax" rəhbərliyindədir.
Hər nə qədər tələb erkən yerinə yetirilsə, azarkeşlər də bir o qədər tez doğma klublarına qovuşmuş olacaqlar.
XANOĞLAN / SPORTİNFO.AZ

