"Biz və Azərbaycan bəzi ortaq maraqlarımızın ola biləcəyini başa düşdük"

08:10 Problem 99
"Biz və Azərbaycan bəzi ortaq maraqlarımızın ola biləcəyini başa düşdük"

“Qlobal və regiondakı vəziyyəti təhlil edərkən, bəlkə də, biz və Azərbaycan bəzi ortaq maraqlarımızın ola biləcəyini başa düşdük.

Xüsusilə, bəlkə də, Cənubi Qafqaz ölkələrinin talelərinin bir-biri ilə bağlı olduğunu anladıq”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan VIII Paris Sülh Forumunda çıxış edərkən danışıb.

“Biz anlamağa başladıq ki, müstəqilliyimizin, suverenliyimizin və dövlətçiliyimizin gücləndirilməsi üçün ortaq maraqlar ola bilər. Tarix də göstərdi ki, bu halda hər ikimiz qazanacağıq.

Yeri gəlmişkən, 20-ci əsrin əvvəllərində üç gün ərzində birlikdə müstəqillik qazandıq. 1918-ci ildə müstəqillik əldə etdik, bir neçə il sonra isə hər üçümüz - Azərbaycan, Ermənistan və Gürcüstan onu eyni zamanda itirdik.

1991-ci ildə biz müstəqilliyi eyni zamanda əldə etdik və bəlkə də ola bilsin ki, bir müddət sonra müstəqilliyimizə qarşı ortaq təhdidin mövcud ola biləcəyini dərk etdik”, - Paşinyan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...