İndi hər 10 evdən 7-də ondan var - Xərçəng yaradır

07:40 Problem 192
İndi hər 10 evdən 7-də ondan var - Xərçəng yaradır

Evdə istifadə olunan bəzi ətirlər sağlamlıq üçün təhlükəlidir.

Fransanın "60 Millions de Consommateurs" təşkilatının araşdırmasına görə ətir çubuqları formaldehid, benzol, etilbenzol, furfural, stiren, toluol və asetaldehid kimi kanserogen maddələr buraxır.

Bu maddələrin konsentrasiyası çox vaxt otaq havasının təhlükəsiz səviyyəsini dəfələrlə keçir.

Ətir çubuqları həmçinin yüksək konsentrasiyada mikrozərrəciklər buraxır ki, bunlar ağciyərlərə daxil olub kapilyarlardan qan dövranına keçə bilər.

Ən təhlükəsiz ev ətir vasitəsi aromadiffuzorlar hesab olunur. Bu məhsullarda istifadə olunan məhlullar təhlükəsiz səviyyədə qlikol efirləri ilə hazırlanır.

Bəzən onlar efir yağları ilə zəngin ola bilər, amma kanserogen maddələr ya yoxdur, ya da çox aşağı təhlükəsiz konsentrasiyada olur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu