“Bu adamların hər biri sabah rahat şəkildə baş məşqçi işləyə bilər”.
Qapıçı məşqçisi Elnar Kərimov Sportinfo.az-a açıqlamasında belə deyib.
Hazırda I Liqa mənsublarından “Mingəçevir“də çalışan mütəxəssis millidə əcənbilərin söz sahibi olmasının ziyanından söz açıb. O, nəhayət, ölkənin əsas komandasında yerli məşqçilərin işləməsi gərəkdiyini bildirib:
“Santuş kimilər milyonları alıb getdi. Nə verdi futbolumuza? Ondansa, öz məşqçilərimiz işləsin də.
Qurban Qurbanov kimi məşqçinin rəhbərliyi altında oynamış Rəşad Sadıqov, Ayxan Abbasov və digərləri bu gün Premyer Liqada işləyir.
Ayxan Abbasovun yanında Elnur Çodarov yetişir. Qurbanovun yanında Elçin Rəhmanov, Müşfiq Hüseynov, Zaur Tağızadə kimi məşqçilər var.
Nəyi pisdir ki? Problemlərimiz həddən artıq çoxdur. Saatlarla danışmaq, müzakirə etmək olar“.

