"Qarabağ"la oyunda sıradan çıxan məşhur hücumçudan NƏ XƏBƏR?

26 Oktyabr 23:20 Problem 99
"Qarabağ"la oyunda sıradan çıxan məşhur hücumçudan NƏ XƏBƏR?

Çempionlar Liqasının 3-cü turunda “Qarabağ”a qarşı matçda (3:1) zədələnən “Atletik”in (Bilbao) kaptanı İnyaki Uilyamsın durumu müəyyənləşib.

31 yaşlı hücumu oyunun 38-ci dəqiqəsində özünü narahat hiss etdiyi üçün meydanı tərk etməli olub. Onu Aleks Berenger əvəzləyib.

Sportinfo.az xəbər verir ki, “Atletik” rəsmi açıqlama yayaraq, Qana millisinin üzvünün tibbi müayinədən keçdiyini və onun sağ ayağının qasıq əzələsində zədə aşkarlanıldığını bildirib.

Klubun məlumatına görə, futbolçunun vəziyyəti qənaətbəxş qiymətləndirilib, amma onun bərpa müddəti barədə dəqiq məlumat verilməyib.

İspan mətbuatı isə bu tip zədələrin adətən 2–3 həftəlik fasilə tələb etdiyini yazır.

İnyaki Uilyams bir müddət əvvəl də əzələ zədəsi səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Onun bu həftə La Liqada "Hetafe" ilə oyunu buraxacağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu