Ölkəmizdə bu şəxslər hərbi xidmətə çağırılmırlar

26 Oktyabr 2025 07:30 Problem 3 155
Ölkəmizdə bu şəxslər hərbi xidmətə çağırılmırlar

Azərbaycan qanunvericiliyinə əsasən, dinc dövrdə bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanlar, sağlamlıq vəziyyətinə görə xidmətə yararsız sayılanlar, 30 yaşı tamam olanadək xidmətə çağırılmamış şəxslər, alternativ xidmət keçənlər və əvvəllər başqa ölkədə hərbi xidmət keçmiş vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmırlar.

Həm dinc, həm də müharibə dövründə xidmətə yararsız sayılanlar, ağır cinayət törədərək azadlıqdan məhrum edilənlər və vətəndaşlığına xitam verilmiş şəxslər isə hərbi qeydiyyatdan çıxarılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti