Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin qızı Katya atasının Cennaro Qattuzo ilə niyə danışmadığını açıqlayıb.
Sportinfo.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, o, altı il əvvəl baş vermiş hadisələri xatırladıb:
“O vaxtdan bəri onlar danışmayıblar və görüşməyiblər. Atam məyus idi və heç nə baş verməmiş kimi davranmır. Qattuzo o vaxtdan bəri ona zəng etməyib.
Bəlkə də, onları dünya çempionatında görəcəyik, ümid edirik ki, İtaliya orada iştirak edəcək. Braziliya – İtaliya finalı möhtəşəm olardı.
Sonuncu dəfə belə final 1994-cü ildə olub, o vaxt atam Arriqo Sakkinin köməkçisi idi. Bəs Qattuzo harada idi?”
Ançelotti “Napoli”dən uğursuz nəticələr səbəbindən istefa verəndə yerinə Qattuzo gətirilmişdi. Ondan əvvəl Qattuzo “Milan”da onun rəhbərliyi altında oynayırdı və Ançelottiyə baş verənləri xəbər verməmişdi.
Bu isə məşqçilər arasında soyuqluğa səbəb olmuşdu. Hazırda 47 yaşlı Qattuzo İtaliya millisinə rəhbərlik edir.

