Dünən ayağı sındırılan Vüsalı əməliyyat edəcəklər

01:20 Problem 96
Dünən ayağı sındırılan Vüsalı əməliyyat edəcəklər

"İmişli"nin Premyer Liqanın 9-cu turunda “Kəpəz”lə oyunda zədələnən futbolçusu Vüsal Qənbərovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Bildirilib ki, hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib.

Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Onun oktyabrın 27-də əməliyyat olunması planlaşdırılır.

Vüsal ötən ilin yanvar ayından "İmişli"nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı