Azərbaycanlı iş adamı maaşları vermədi, futbolçular “üsyan” etdi - QALMAQAL!

19:20 Problem 807
Azərbaycanlı iş adamı maaşları vermədi, futbolçular “üsyan” etdi - QALMAQAL!

Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu "Serik Belediyespor"un (Türkiyə) oyunçuları məşqi boykot ediblər.

Sportinfo.az "Ajansspor"a istinadən xəbər verir ki, I Liqa təmsilçisinin futbolçuları səkkiz həftədir ki, maaşlarını və bonuslarını ala bilmirlər.

Onların etirazı səbəbindən dünən keçirilməli olan məşq sessiyası ləğv edilib.

Bəzi klub işçilərinin istefa verməyi düşündükləri, futbolçuların isə noyabra qədər gözləmək niyyətində olduqları bildirilir.

Bundan əlavə, klub hələ də mövsümün əvvəlində əldə edilən Aleksandr Martınovun transferi üçün kompensasiya ödəməyib. Belarusun BATE klubu bu məsələ ilə bağlı FIFA-ya müraciət etməyi planlaşdırır.

Tufan Sadıqov daha əvvəl Rusiyada "Ximki"yə də sahiblik edib. Lakin Premyer Liqa təmsilçisi maliyyə böhranına görə fəaliyyətini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti