Bir oyunu sən uduzmusan, bəs digərlərini kim uduzub?

19:00 Problem 205
Bir oyunu sən uduzmusan, bəs digərlərini kim uduzub?

«Karvan»ın uğursuz oyunlar seriyası uzana-uzana gedir.

Ötən gün növbəti məğlubiyyəti aldılar.

Şamaxıda «Turan Tovuz»la qarşılaşdılar və meydandan boynubükük ayrıldılar.

Oyun bitdi, Azər Həşimov 1:2-yə bu cür qiymət verdi: «Bu gün komandanın məğlub olması mənim səhvim idi».

«Karvan» artıq altı məğlubiyyət alıb. Həşimovun sözlərindən belə çıxır ki, bundan əvvəlki oyunların uğursuz alınmasında onun heç bir günahı, təqsiri, səhvi yoxdur.

Premyer Liqada adı baş məşqçi kimi tarixə düşən şəxs də belə danışar heç? Nə olsun ki, bu postda formalda və real səlahiyyət daşımır.

İstənilən halda kağız üzərində komandanın çalışdırıcısı odur, hər dediyinə diqqət yetirməyə, sözünü süzdən keçirməyə məcburdur.

Məğlubiyyət olursa və bu, davamlı hal alırsa, yeganə müqəssir baş məşqçidir. Hər yerdə belədir: udan futbolçular, uduzan çalışdırıcıdır.

Həşimova məsləhətimiz odur ki, bir də belə xətaya yol verməsin, təfərrüata varmasın. Ümumiyyətlə, yaxşı olar ki, növbəti dəfə media önünə çıxmasın,

O, danışdıqca, özünü dil-ağıza salır, baş məşqçi statusunu ucuzlaşdırır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti