Premyer Liqanın 9-cu turu çərçivəsində "Kəpəz"in qonağı olan "İmişli" ciddi itki ilə üzləşib.
Debütant Qəbələ şəhər stadionunda keçirilən oyunda Vüsal Qənbərovu itirib.
Vinger 25-ci dəqiqədə rəqib qapıçı Məmməd Hüseynovun zərbəsindən sonra ayağından zədələnib. O, 38-ci dəqiqədə Xəzər Mahmudovla əvəzlənib.
22 yaşlı gənc təcili tibbi maşını ilə xəstəxanaya aparılıb. Son məlumata görə, Qənbərovun sol ayağı sınıb.
Onun artıq əməliyyat olunduğu söylənilir. Hücumameylli yarımmüdafiəçinin ən azı 6 ay yaşıl sahələrdən uzaq qalacağı gözlənilir.
SPORTİNFO.AZ

