Azərbaycanın FIFA referisi: "Atletik" - "Qarabağ" matçında ciddi hakim səhvləri görmədim"

02:30 Problem 100
Azərbaycanın FIFA referisi: "Atletik" - "Qarabağ" matçında ciddi hakim səhvləri görmədim"

"Çempionlar Liqasının Liqa mərhələsində baş tutan "Atletik" - "Qarabağ" matçında ciddi hakim səhvləri olmayıb".

Sportinfo.az xəbər verir ki, bunu "report"a FIFA referisi Fariz Yusifov deyib.

O, matçın xorvatiyalı baş hakimi İqor Payaçın düzgün qərarlar qəbul etdiyini bildirib:

"Qarabağ" üçün çətin oyun oldu. Baxmayaraq ki, erkən qol vurduq. "Atletik"in oyun üslubu bizimkindən xeyli fərqlənir.

Çox dinamik və sürətli idilər. Bildiyim qədər oyunu idarə edən hakimin Çempionlar Liqasında böyük təcrübəsi yoxdur.

Penalti epizodunda hakimin qərarı düz idi. Çünki təhlil etdikdən sonra qərar vermişdi.

Düzdür, ilk baxışda müdafiəçinin topa deyil, məhz "Qarabağ"ın oyunçusuna toxunduğu görünə bilər. Lakin videotəkrara baxanda müdafiəçinin "sürüşmə fəndi"ndən sonra öncə topa toxunduğu görünür.

VAR-da da epizodu təhlil edib müdafiəçinin əvvəlcə topa, daha sonra "Qarabağ"ın oyunçusuna toxunduğunu bildirdilər.

Hətta fikir verdinizsə, bizim futbolçu da etiraz etmədi. Çünki rəqibin ilk növbədə topa toxunduğunu gördü".

F.Yusifov bütün qərarların vaxtında və yerində verildiyini söyləyib:

"Oyunda ciddi hakim səhvləri görmədim. Sarı vərəqələr vaxtında və yerində verildi.

Maraqlıdı ki, hakim penalti epizodunda qəti şəkildə küncdən zərbə qeydə aldı. Qəti qərar vermək hakimin ən böyük xüsusiyyətlərindən biridir.

Həmçinin müdafiəçi də "sürüşmə fəndi"ni düzgün şəkildə yerinə yetirərək, topa bir ayaqla müdaxilə etmişdi.

Futbolda əsas amillərdən biri "sürüşmə fəndi"nin düzgün yerinə yetirilməsidir. Düşünürəm ki, hakim düzgün qərar çıxardı".

Bilbaodakı "San Mames" stadionunda baş tutan "Atletik" - "Qarabağ" matçı İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib. Qarşılşamanı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu