“Komanda olaraq buna cavab verməliyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan”ın kapitanı Vadim Abdullayev deyib.
Yayda “Araz-Naxçıvan”dan Yevlax təmsilçisinə gələn yarımmüdafiəçi yaşadıqları
problemlərdən danışıb. 30 yaşlı orta sahə oyunçusu hücumdakı “dişsizliy”ə diqqət çəkib:
"Razıyam, hücumda çoxala bilmirik. Kənardan həe şey aydın görünür.
Bu da 1-2 nəfərin işi deyil. Sistem düz çalışmalıdır.
Futbol artıq bir elmdir. Hamımız bunun fərqindəyik. Statistika da çox şeyi göstərir.
Üzərimizə düşən maksimum çalışmaqdır. Düşdüyümüz vəziyyətdən çıxmalıyıq. Bunun üçün heç bir halda dayanmaq olmaz".

