Klublar şikayət etdi, AFFA rəhbərliyi onu danladı! - FOTO

14:40 Problem 716
Klublar şikayət etdi, AFFA rəhbərliyi onu danladı! - FOTO

AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker federasiya rəhbərliyi tərəfindən danlanıb.

Saytımız bu barədə qurumun özündən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, fit sahibləri»nin son vaxtlar yol verdiyi səhvlər belçikalı funksionerin «dilini qısaldıb».

AFFA-nın səlahiyyətli şəxsləri ona öz şikayətlərini sərt formada bildirilib. Üç ilə yaxındır ölkəmizdə çalışan əcnəbinin diqqətinə çatdırılıb ki, məsul olduğu sahədə baş verən hadisədər olnlar tərəfindən narahatlıqla izlənilir.

Blekerdən işinə daha məsuliyyətlə yanaşması istənilib.

Qeyd olunub ki, istər Premyer Liqa, istər I Liqa, istərsə də II Liqada mübarizə aparan klublardan hakimlər barədə federasiyaya ünvanan şikayətlərin sayı xeyli artırıb və bunların hər biri ciddi araşdırma tələb edir.

SPORTİNFO.AZ

Klublar şikayət etdi, AFFA rəhbərliyi onu danladı!

Digər Xəbərlər
Xəbər Lenti