Premyer Liqanın 9-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
Sportinfo.az xəbər verir ki, həftəsonu baş tutacaq oyunlarda dörd nəfər iştirak edə bilməyəcək.
Bunlar “Sabah”da Valdas Dambrauskasın köməkçisi Custinas Qasiuas, “Neftçi”də Samir Abasovun köməkçisi Vəfadar Quliyev, “Şamaxı”nın hücumçusu Abdullahi Şuaybu və “Araz-Naxçıvan”ın əsas siması Felipe Santosdur.
Adları çəkilənlərdən ilk üç nəfər öncəki turlarda aldıqları qırmızı vərəqələrin cəzasını çəkir. Santos isə sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb.
Oktyabrın 24-də “Karvan-Yevlax” – “Turan Tovuz”, “Kəpəz” – “İmişli”, ertəsi “Araz-Naxçıvan” – “Sabah”, “Zirə” – “Sumqayıt”, oktyabrın 26-da “Qəbələ” – “Neftçi”, “Qarabağ” – “Şamaxı” görüşləri baş tutacaq.
HƏBİB

