Aralarında telefon danışığı olub, Bakıya gəlmir - Özünü futbolçu diskomfort hiss edir

23 Mart 2025 09:00 Problem 1 409
Aralarında telefon danışığı olub, Bakıya gəlmir - Özünü futbolçu diskomfort hiss edir

Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığmasında itki baş verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Aleksandr Martinoviç heyətdən çıxarılıb.

Bu barədə Belarus millisinin baş məşqçisi Karlos Alos yerli mətbuata açıqlamasında məlumat verib.

O bildirib ki, 37 yaşlı mərkəz müdafiəçisi ilə telefon danışığı olub və futbolçu diskomfort hiss etdiyini bildirib. “Kayrat”ın təcrübəli oyunçusunun təxminən bir ay futboldan uzaq qalması gözlənilir.

Belarus yığması martın 25-də Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti