COP29

Çempion atasını zorakılıqda ittiham edir - Onu 6 ilə qədər həbs gözləyir

30 Noyabr 2024 10:00 Problem 400
Çempion atasını zorakılıqda ittiham edir - Onu 6 ilə qədər həbs gözləyir

Norveçli atlet, ikiqat olimpiya çempionu Yakob İnqebriqtsenin atası uşaqlara qarşı zorakılıqda ittiham olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

İdmançı ilə yanaşı, Gjert İnqebriqtsenin üç övladı onu uşaq yaşlarında zorakılıqda ittiham edir.

İctimaiyyət olanlardan ötən ilin oktyabrında xəbər tutub. Həmin vaxt polis məsələylə bağlı araşdırmaya başlayıb. Məşhur qaçışçı da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarının qarşısına çıxıb.

“Ailə üzvlərinə qarşı amansız rəftarla əlaqədar prokurorluqda cinayət məcəlləsinin pozulması ilə bağlı iş açılıb. Bu, zərərçəkmiş tərəfi qorumaq üçündür. İndi iş Cənubi Roqalend Dairə Məhkəməsinə verilib.

Onlar bu iş üzrə dinləmənin tarixini və vaxtını müəyyən etməlidirlər”, – deyə baş prokuror Birgitta Budal Lövllund bildirib.

Gjert İnqebriqtseni altı ilə qədər həbs gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…