COP29

“Atılan bu addım tamamilə qanunidir” - Ermənistanla sərhəddə son durum

30 Sentyabr 08:20 Problem 413
“Atılan bu addım tamamilə qanunidir” - Ermənistanla sərhəddə son durum

Tavuş istiqamətində Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası məsələsi çox müzakirə olunub, bu, tamamilə qanuni əsasda aparılıb.

Bunu Ermənistan baş nazirin müavini Mqer Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Ölkə rəsmisi bir sıra ittihamlara cavab olaraq bildirib ki, bundan sonra da davam edəcək proses tamamilə qanunidir:

“18 aprel protokolunu və imzalanmış əsasnaməni diqqətlə oxusanız, prosesdə heç bir ziddiyyət olmadığını görəcəksiniz.

Sərhədlərin müəyyənləşdirilməsi prosesi və onun həyata keçirilməsi ilə bağlı razılaşmaların əsas məqsədi bütün oxşar problemlərin sakit, fundamental, hüquqi həllini tapmasıdır”.

Qriqoryan delimitasiya və demarkasiya prosesin növbəti mərhələsinin hansı hissədə olacağı ilə bağlı suala belə cavab verib:

“Sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi ilə bağlı hələlik qərar yoxdur. İndi tənzimləmə ilə bağlı daxili prosedurları tamamlamalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti