COP29

“Mən deyirəm ki...” -Naxçıvanla bağlı gözlənilməz çağırış

14 May 17:10 Problem 446
“Mən deyirəm ki...” -Naxçıvanla bağlı gözlənilməz çağırış

"Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır".

Bu barədə Qarabağdakı keçmiş separatçıların qondarma "müdafiə naziri" olmuş, hazırda Ermənistanda Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan deyib.

Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir:

"4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır".

Jurnalist "Azərbaycan Zəngəzur dəhlizi istəyir" sözlərinə Babayan "Yalan deyirsiniz" deyə cavab verib:

"Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqarad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil".

Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"