Rusiyadan Paşinyanın Qarabağla bağlı açıqlamasına REAKSİYA

8 İyun 2023 07:40 Problem 389
Rusiyadan Paşinyanın Qarabağla bağlı açıqlamasına REAKSİYA

Rusiya XİN Emənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair açıqlamasına münasibət bildirib.

Bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova danışıb.

Onun sözlərinə görə, Rusiya Paşinyanın açıqlamasına 2022-ci ilin oktyabrında Praqada keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi olaraq baxır.

Zaxarova xatırladıb ki, Praqa sammitində birgə bəyanat qəbul edilib və bu bəyanat 1991-ci ilin Almatı bəyannaməsinə istinad edir. Sözügedən bəyannamədə isə keçmiş SSRİ respublikaları arasındakı inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır.

N.Paşinyan mayın 22-si keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı