Azərbaycan dövlətinə borcu var - Sierra Leone millisinin futbolçusunun

6 İyun 2023 01:20 Problem 1 105
Azərbaycan dövlətinə borcu var - Sierra Leone millisinin futbolçusunun

"Keşlə”nin (İndiki "Şamaxı") keçmiş oyunçusu Con Kamaranın Azərbaycanda məhkəməyə verilib.

Sportinfo.az xəbər verir ki, futbolçu ilə bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi qaldırıb.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.

Araşdırmalarımız zamanı məlum olub ki, Con Kamaranın 7539.38 AZN vergi borcu var.

Con Kamara 2019-cu ildə Qazaxıstanın "Kaysar" klubundan "Keşlə"yə keçib. Sierra Leonedən olan 35 yaşlı yarımmüdafiəçi 2022-ci ildə ölkəmizi tərk edərək Rumıniyanın "Politexnika" klubuna keçib.

Onun son iş yeri Yunanıstanln "Eqaleo" klubu olub. Com Kamara indiyədək Sierra Leone millisində 21 oyun keçirib və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu