"O, bir yandan Qarabağı Azərbaycanın bir hissəsi kimi elan edib, digər tərəfdən isə..."

5 İyun 2023 08:10 Problem 645
"O, bir yandan Qarabağı Azərbaycanın bir hissəsi kimi elan edib, digər tərəfdən isə..."

“Gələcək tarixçilər bu baharı uğursuzluq baharı, rüsvayçılıq baharı, Qarabağdan imtina baharı adlandıra bilərlər.

Lakin mən inanıram ki, gələcək tarixçilərin (erməni - red.) böyük əksəriyyəti bu yazı pislərin və ya pisliklərin son baharı adlandıracaq”.

Bu barədə Ermənistan Respublika Partiyasının liderlərindən Eduard Şarmazanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistandakı hakim rejimin, xuntanın başçısı Nikol Paşinyan bu yaz açıq şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etdi.

Paşinyan bu yaz üçüncü Ermənistan Respublikasının tabutuna sonuncu mismar vurub.

O, bir yandan Qarabağı Azərbaycanın bir hissəsi kimi elan edib, digər tərəfdən isə “soyqırımın” (qondarma - red.) beynəlxalq səviyyədə tanınmasından vaz keçib”, - deyə Eduard Şarmazanov qeyd edib.

“Nikol müvəffəq olsa, bu o deməkdir ki, 88-in hərəkatından başlayaraq 30 yaşlı Ermənistan sıfır dəyərə malik olacaq”, - deyə Şarmazanov bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu