"İlin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var"

5 İyun 2023 03:30 Problem 478
"İlin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var"

“Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, lakin biz irəliləyirik”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

“Bütün suallar vacibdir və bütün suallar bir-birinə bağlıdır. Danışıqlar çox intensiv gedir və bu proses davam etsə, ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var.

Bizim münasibətimiz ondan ibarətdir ki, biz həll yolları tapırıq və bu həllər çərçivəsində sülh gündəmi ilə irəliləyirik və sülh müqaviləsi bağlayırıq”, - Qriqoryan deyib.

O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu