"Paşinyan söz verib, ondan qaça bilməz"

2 İyun 2023 08:10 Problem 815
"Paşinyan söz verib, ondan qaça bilməz"

Azərbaycan, Ermənistan, və Rusiya baş nazirlərinin müavinlərinin Moskva görüşündən əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk iki Qafqaz ölkəsi arasında sərhəd-keçid modeli ilə bağlı texniki detalların müzakirə ediləcəyini bildirib.

Bu barədə “Hraparak” qəzeti xüsusi məlumat yayıb.

Overçukun sözlərinə görə, Ermənistan Azərbaycan (Naxçıvan), Sünik vasitəsilə Rusiya, AB, İrana çıxmaq imkanı əldə edəcək.

“Sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət növləri olacaq”, - deyə Rusiya rəsmisi bildirib.

İlham Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq, yol adlanacaq. Son günlər hakimiyyət dairələrində gəzən söhbətlərə əsasən Paşinyan Rusiyanın Azərbaycandan daha çox istədiyi dəhlizdən imtina edə bilməz. Hətta ola bilsin ki, Paşinyan yolu qısa müddətə - cəmi 3 və ya 5 ilə təmin etsin”,-deyə “Hraparak” qəzeti yazıb.

Digər Xəbərlər
Xəbər Lenti