“Azərbaycan icazə verməyəcək”

31 May 2023 07:40 Problem 485
“Azərbaycan icazə verməyəcək”

“Azərbaycan Qarabağ erməniləri ilə dialoq üçün beynəlxalq mexanizmlərin qurulmasına icazə verməyəcək”.

Yerli politoloq Tiqran Qriqoryan Azərbaycan Prezidentinin rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə “hökumət” qurduğunu elan edən qondarma “dqr” ilə bağlı son bəyanatlarını bu cür şərh edib.

“Yəqin ki, ABŞ və Aİ bu məsələdə Azərbaycana müəyyən təzyiqlər edir. Çünki Ermənistan bu məsələni sülh müqaviləsinin imzalanması üçün ilkin şərtə çevirib, vasitəçilər isə tərəflər üçün məqbul olan həll yollarını tapmağa çalışırlar. İlham Əliyev açıqlamaları ilə beynəlxalq mexanizmləri qəbul etmədiyini açıq şəkildə ortaya qoyur. Əgər Qarabağ erməniləri arasında nümayəndəli orqanlar yoxdursa, deməli, danışıqlar aparacaq heç kim yoxdur”, – deyə Qriqoryan yerli “Factor.TV”nin efirində bildirib.

Erməni politoloq sülhməramlıların olduğu bölgələrdə separatçıların bütün “dövlət qurumları”nın ləğvi məsələsinin əvvəlcədən rəsmi Bakının məqsədi olduğunu deyib. Onun fikrincə, indiki mərhələdə bu cür bəyanatlar Azərbaycan tərəfinin heç bir beynəlxalq mexanizmə razılıq verməyəcəyini başqalarının diqqətinə çatdırmaq məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti