"Yenə yalan danışmağa başlayacaqsız?"

31 May 2023 07:10 Problem 742
"Yenə yalan danışmağa başlayacaqsız?"

“Hakimiyyət hər vəchlə bizi Azərbaycanın irəli sürdüyü “dəhliz məntiqi” ilə razılaşmayacağına inandırmağa çalışır, amma reallıqlar bunun əksini göstərir”.

Bunu yerli politoloq Arman Abovyan öz teleqram kanalında yazıb.

Onun sözlərinə görə, tərəflər hazırda Naxçıvandan Azərbaycana logistika axınlarına nəzarət etmək üçün Ermənistanın suveren hüquqlarının bir hissəsinin Beynəlxalq Gömrük Təşkilatına verilməsi variantını nəzərdən keçirirlər.

“Əgər siz bizim suverenliyimizin bir hissəsini təhvil versəniz, “xilaskar” avro-müşahidəçilər haqqında yalan danışdığınız kimi, yenə yalan danışmağa başlayacaqsınızmı? Sizlər avropalıların gəlməsi ilə hər şeyin yaxşı olacağını deyirdiz. Bu, “dəhliz məntiqi” deyilsə, bəs nədir?”, - deyə Abovyan yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi