“Kimdən kadastr şəhadətnaməsi alacaqsan - Azərbaycandan?”

27 May 2023 08:50 Problem 962
“Kimdən kadastr şəhadətnaməsi alacaqsan - Azərbaycandan?”

“Paşinyan iqtidarı erməni kimliyinin əsaslarını, bütün milli- mədəni dəyərlərini sarsıtmağa çalışır”

Bu sözlər Ermənistan parlamentinin üzvü, revanşist Aqvan Vardanyan tərəfindən səslənib.

“Yeni dövlət və dövlətçilik konsepsiyasından danışan birisi öz əlaltıları ilə bütün dövlət qurumlarını məhv etməkdədir. O, bu yaxınlarda bəyan etdi ki, “bizim sülh müqaviləsi parametrlərimiz xalqımız üçün qəbuledilməz ola bilər, amma referendum keçirməyəcəyik”. Bu isə məsuliyyətdən yayınmaq deməkdir. Paşinyan kadastr şəhadətnaməsindən, müstəqillik referendumundan, Konstitusiyadan danışır. BMT üzvü olan dövlət deyir ki, bizdə kadastr şəhadətnaməsi yoxdur. Kimdən kadastr şəhadətnaməsi almaq istəyirsən, Azərbaycandan?”, - deyə Aqvan Vardanyan bildirib.

Revanşist deputat Nikol Paşinyana “Qarabağ Ermənistandır”, sözünü xatırladıb.

“Sən Qarabağsız Ermənistan yoxdur deyirdin, o zaman sən kimsən, burada nə işin var, niyə getmirsən? Niyə hər gün sənin rəngsiz simanı görürük? Hər şeydən imtina edən Ermənistanın lideri ola bilməz”, - deyə Aqvan Vardanyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti