"Putinin bəyanatlarından belə çıxır ki, Moskvanın Azərbaycanla başqa razılaşması yoxdur”

27 May 2023 08:10 Problem 437
"Putinin bəyanatlarından belə çıxır ki, Moskvanın Azərbaycanla başqa razılaşması yoxdur”

“Rusiya prezidenti Vladimir Putinin bəyanatlarından belə çıxır ki, Moskvanın 9 noyabr 2020-ci il tarixli bəyanatından başqa Azərbaycanla razılaşması yoxdur”.

Bu bəyanat Ermənistan parlamentinin müxalifətçi deputatı, Respublika Partiyasının üzvü Tiqran Abramyan tərəfindən səslənib.

Erməni deputatın sözlərinə görə, Ermənistanın baş naziri ilə ikitərəfli görüşdən sonra Putin mövqelərinin dəyişmədiyini deməklə kikayətlənib.

“Azərbaycan danışıqlar prosesində planlarını mümkün qədər baha satmaq üçün Laçın dəhlizində Həkəri çayı üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsi qurub. Bu planlar, Azərbaycan üçün ekstraterritorial rejimi təmin etmək, yəni Naxçıvana yol açmaq üçün hazırlanıb”, - deyə Abramyan bildirib.

Müxalifətçinin fikrincə, 9 noyabr 2020-ci il tarixli bəyanatın tərəflərindən biri kimi Rusiya bu keçid məntəqəsinin quraşdırılmasına mane olmalı idi. Üstəlik, o, Rusiya sülhməramlı kontingentinin postlarından birinin yaxınlığında yerləşdirilib.

"Rusiya Azərbaycana daha qətiyyətli mövqe ortaya qoymalı idi", - deyə Abramyan məyusluğunu gizlətməyib.

Digər Xəbərlər
Xəbər Lenti