"Əgər Azərbaycan və Ermənistan həqiqətən də sülh bağlamaq qərarına gəlsə..."

27 May 2023 03:30 Problem 316
"Əgər Azərbaycan və Ermənistan həqiqətən də sülh bağlamaq qərarına gəlsə..."

“Qarabağın artıq tam olaraq Azərbaycana bağlanması prosesi gedir. Rəsmi Bakı və İrəvan ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. Bu addım Ermənistan üçün irəliləyişdir, lakin sülh sazişinin bağlanmasından danışmaq hələ tezdir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə rusiyalı və erməni ekspertlər danışıb.

“Bu, əlbəttə ki, sülh sazişinə doğru irəliləyişdir, lakin bu, heç də onun imzalanacağı anlamına gəlmir. Proses uzun çəkəcək. Proqnozlarıma görə, saziş bu yayın sonuna qədər imzalanmayacaq”, – deyə politoloq Arkadi Dubnov deyir.

“Hər iki tərəfin, ilk növbədə Azərbaycanın hücumundan qorxan Ermənistanın təhlükəsizlik məsələsi ilə bağlı qayğılarını araşdırmaq lazımdır. İrəvan Qərb tərəfdaşlarını təhlükəsizlik qarantları kimi görmək istərdi, Rusiya və KTMT isə Ermənistanın ümidlərini doğrultmadı”, - deyə Dubnov bildirib.

Paşinyanın Qarabağı Azərbaycanın tərkibində tanıması ölkə üçün irəliləyişdir. Bu, Ermənistana qonşuları ilə sivil münasibətlər qurmağa imkan verəcək”, - deyə erməni politoloq Ruben Mehrabyan qeyd edib.

Erməni politoloqun fikrincə, Bu addım Ermənistanın Putindən asılılığını azaldacaq. Rusiya Federasiyasının Ermənistanda mövcudluğu kəskin şəkildə azalacaq".

“Ola bilsin ki, Moskva prosesi ləngitməyə çalışsın. Əgər Azərbaycan və Ermənistan həqiqətən də sülh bağlamaq qərarına gəlsələr, sülhməramlıların çıxarılması məsələsi gündəmə gələ bilər. İrəvan Moskvaya daha az boylanaraq, digər ölkələrlə münasibətləri yaxşılaşdıra biləcək”, - deyə beynəlxalq münasibətlər üzrə ekspert Boris Bondarev söyləyib.

Bondarevin sözlərinə görə, Paşinyanın qərarı parlament müxalifəti tərəfindən tənqid olunsa da, Ermənistanda kütləvi etirazlar gözləməyə dəyməz.

“Mənim təəssüratım ondan ibarətdir ki, ermənilər bütün bunlardan yorulub və beziblər”, - deyə Bondarev əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular