“Bizi susdurmaq üçün yalnız iki yolu var - ya həbs etmək, ya da bizi öldürmək"

26 May 2023 08:40 Problem 1 044
“Bizi susdurmaq üçün yalnız iki yolu var - ya həbs etmək, ya da bizi öldürmək"

"Əgər Nikol Paşinyan ölkə lideri postunu tutmaqda davam edirsə, deməli, biz dəhşətli dərəcədə pis işləmişik".

Bunu Ermənistan Respublika Partiyasının üzvü, müxalifətçi deputat Ayk Mamicanyan deyib.

Erməni deputatın sözlərinə görə, parlament müxalifətində ondan daha sərt tənqid edən adam tapmaq çətindir. “Bizi susdurmaq üçün Paşinyanın yalnız iki yolu var - ya həbs etmək, ya da bizi öldürmək. Müxalifətdən olan tərəfdaşlarla müzakirələr aparırıq. Tək qalsaq belə, sona qədər mübarizə aparacağıq”, - deyə Mamicanyan bildirib.

Ayk Mamicanyanın iddiasına görə, Ermənistan üçün ən pis ssenari Qarabağın təslim olunması (?) və heç kim tərəfindən qarşısının alınmamasıdır.

Müxalifətçi deputat Ermənistan əhalisinin 90%-dən çoxunun Qarabağın Azərbaycana təhvil verilməsini qeyri-mümkün hesab etdiyini söyləyib.

“Aydındır ki, Paşinyan özbaşına getməyəcək, onu kürsüdən asanlıqla qoparmaq mümkün olmayacaq. Amma biz o qədər də pis deyilik. Biz öz imkanlarımızdan daha çoxunu edəcəyik”, - deyə Mamicanyan bildirib, ancaq konkret olaraq nə edəcəklərini söyləyməyib.

Digər Xəbərlər
Xəbər Lenti