XƏBƏRDARLIQ: ""COVID-19"un başqa ştammlarının meydana çıxma təhlükəsi var" - FOTO

24 May 2023 17:30 Problem 350
XƏBƏRDARLIQ: ""COVID-19"un başqa ştammlarının meydana çıxma təhlükəsi var" - FOTO

""COVID-19" pandemiyasının qlobal formada sona çatdığının elan edilməsi bu təhlükədən bir dəfəlik qurtulmaq anlamına gəlmir.

Yeni xəstəliklərin və ölümlərin artmasına səbəb ola biləcək başqa koronavirus ştammlarının meydana çıxma təhlükəsi var".

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus ÜST-ün Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində keçirilən iclasında deyib.

Qebreisus, növbəti dəfə baş tutması mümkün ola biləcək epidemiya ilə kollektiv və ədalətli mübarizə aparmağa hazır olduqlarını vurğulayaraq, 8 milyard insanın fövqəladə hallarda qorunmağa ehtiyacı olduğunu bildirib.

2017-2022-ci illərdə ÜST-ə üzv 133 ölkənin sağlamlığa zərərli məhsullara, o cümlədən tütün və şəkərli içkilərə yeni vergiləri artırdığını və ya tətbiq etdiyini xatırladan ÜST-ün baş direktoru, trans yağlarının Dünya Qida Ehtiyatlarından çıxarılmasında da əhəmiyyətli irəliləyişlər olduğunu diiqətə çatdırıb.

Bir çox ölkənin ürək-damar xəstəlikləri üçün əsas risk faktoru olan duzun azaldılmasında da irəliləyiş əldə olunduğunu deyən Qebreisus, daha insanların daha sağlam yaşaması üçün ölkələrə dəstək verməyə davam etdiklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!