"Neftçi"nin eks idman direktoru: "Ona pis oluram ki… Haqqımı ala bilmirəm"

22 May 2023 16:00 Problem 632
"Neftçi"nin eks idman direktoru: "Ona pis oluram ki… Haqqımı ala bilmirəm"

«Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov gözləmədiyi problemlə üzləşib.

Tanınmış futbol adamı 1,5 ildir Gənclər və İdman Nazirliyinin (GİN) yolunda qalıb.

«Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi» adını almaq üçün GİN-ə müraciət etsə də, qarşı tərəf onu «get-gəl»ə salıb. Və tamamilə əsassız yerə.

Sultanovla əlaqə saxladıqda, məlum oldu ki, nazirliyin məsul əməkdaşları hər dəfə bir bəhanə gətirərək, məsələnin müsbət həllini yubadır:

«Bəli, məlumat doğrudur. Hələ ilyarım öncə nazirliyə müraciət etmişəm.

Sadəcə, hər dəfə dedilər ki, o sənəd düz deyil, bu sənəd düz deyil... Çalışıb həmin sənədləri yenidən toplamışam və təqdim etmişəm.

Fikirləşirəm ki, bu ad mənə düşürsə, niyə onu almayım? Ad almasam da, olar.

Amma haqqım çatırsa. O ad mənə verilməlidir. Bütün cəhdlərimə baxmayaraq, ilyarımdır heç bir nəticəsini görmürəm.

Mənə qəti söz deyilmir. Hər dəfə müxtəlif vədlər verirlər. Gah deyirlər, elə olacaq, gah deyirlər, belə olacaq.

Bu ilyarımda elə adamlara adlar verilib ki, özüm də təəccüblənirəm. Halbuki mənim futbolda etdiklərimin 5 faizini həmin adamlar etməyiblər.

Pis oluram ki, onlar ad ala bildi, mən yox. İnanın, əvvəlki həvəsim də qalmayıb.

İlyarım gözləmişəm, quru vədlərdən başqa nəsə eşitməmişəm. Yenə də gözləyirəm, nəvaxtsa verəcəklər.

Yeni nazir Fərid Qayıbovun diqqətcil insan olmasını eşitmişəm. İnanıram ki, nazirliyin icraçı şəxsləri gec-tez bu məsələnin üzərinə düşəcək və haqqım olanı da mənə verəcəklər».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti