“Ermənistan Azərbaycanla gələcək sülh müqaviləsinin bir neçə maddəsi üzrə..."

20 May 2023 12:10 Problem 561
“Ermənistan Azərbaycanla gələcək sülh müqaviləsinin bir neçə maddəsi üzrə..."

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə deyib.

O bildirib ki, bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır.

“Hesab edirik ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidirlər”, - A.Mirzoyan deyib.

Ermənistan XİN başçısı eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu