
r müddət əvvəl Rusiyadakı biznes fəaliyyətinə xitam verərək Qarabağın dağlıq hissəsində qurulmuş qondarma "dövlət" qurumunda siyasi fəaliyyət göstərməyə gəlmiş, daha sonra silsilə uğursuzluqlara düçar olmuş erməni iş adamı Ruben Vardanyan video - müsahibə verərək tam təcrid vəziyyətində olduğunu, Dağlıq Qarabağdan çıxa bilmədiyini deyib.
Vardanyan deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları sərhəddə Qarabağa girib-çxan erməniləri yoxladığı üçün o, Xankəndidən çıxa bilmir. Helikopterlə çıxsa, Azərbaycanın həmin helikopteri vuracağını ehtimal edir.
Vardanyan yenə də erməniliyindən qalmır: çarəsiz durumunda da deyir: "Burada qalıb, öz xalqımla öz torpaqlarımızda azad yaşamaq uğrunda mübarizəni davam etdirəcəm".
Paşinyanın dünən Reykyavikdəki çıxışı, ardınca isə Vardanyanın Qarabağda verdiyi müsahibə bir gerçəyi ortaya qoyur: hətta ən revanşist erməni də anlayır və qəbullanır ki, QARABAĞ AZƏRBAYCANDIR!