Orada Klopp ilişib, burada da Qurban Qrubanov

19 May 2023 00:30 Problem 1 003
Orada Klopp ilişib, burada da Qurban Qrubanov

Yurgen Klopp sosial şəbəkələrdə “Liverpul”u tənqid edənlər haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Klopp belə “mütəxəssislər”ə qulaq asmaq niyyətində olmadığını bildirib.

“Yaxşı ki, özümüz qərarlar veririk və sosial şəbəkələrdə yazan insanlara bunu etməyə icazə vermirik.

Sosial şəbəkələrə girib orada yazılanları oxuyanda fikirləşirsən: “Allahım! Dünyada “Liverpul”un yarımmüdafiəsindən daha böyük problem yoxdur!”

Başa düşürəm ki, bu mövsüm insanları əsəbiləşdiririk. Mövsümün çox hissəsində özümüz deyildik, amma yenə də ağlabatan qərarlar qəbul etməli və çaxnaşmalara qapılmamalı, “bu oyunçu daha oynamayacaq” qışqırmamalısan.

Bu yay nə etsək də, sosial media istifadəçiləri üçün kifayət etməyəcək. Ona görə də bildiklərimizə əsaslanaraq qərarlar verməliyik. Və biz məhz bunu edəcəyik.

Komandamızın böyük potensialı var, amma bu il bunu reallaşdıra bilmədik. Biz bu potensialı qoruyacağıq və gücləndirəcəyik, yeni oyunçular gətirəcəyik”, – “Liverpul”un baş məşqçisi deyib.

Deyəsən, İngiltərədə də bu məsələ eynən Azərbaycandakı kimidir. Bizdə də sosial şəbəkə “mütəxəssisləri” hər şeyi bilirlər.

Və həm də hərşeyşünasdırlar. Onlar hamıya məsləhət və göstəriş verirlər.

Amma əmin olun ki, belə adamlar öz sahələrində qeyri-peşəkar, heç nəyə nail ola bilməyənlərdir.

Onlardan hər yerdə var, İngiltərədə də, Azərbaycanda da. Orada Klopp ilişib, burada da Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti