Xankəndidə “yorğan davası”

17 May 2023 21:30 Problem 489
Xankəndidə “yorğan davası”

Rusiya “sülhməramlılarının” müvəqqəti nəzarətində olan ərazimizdə separatçı ünsürlərin “dövlətcik-dövlətcik” oyunu davam edir.

Eyni zamanda, gələn bilgilərə görə, Azərbaycan dövləti oyuncaq rejimin mühasirəsini daraltdıqca onların arasında didişmə-çəkişmə də güclənir.

Xəbər verdiyimiz kimi, qondarma “DQR”in “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan bu həftədən Xankəndidə mitinqlər keçirməyə hazırlaşdığını bildirib.

Bu barədə “Past” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Samvel Babayan əsas məqsədinin “dövlət naziri” vəzifəsinə təyin olunmaqdan ibarət olduğunu söyləyib. Babayan öz çevrəsində məqsədinə çatmaq üçün hər şeyə hazır olduğunu söyləyib.

“Bildiyiniz kimi, Qarabağda (ermənilər arasında-red.) Araik Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çoxlu insan var. Bu səbəbdən Babayanın niyyəti kifayət qədər böyük rezonans doğurub.

Mayın 9-da Ruben Vardanyanın təşkil etdiyi mitinq Ermənistan hakimiyyətinin xoşuna gəlməyib və əldə etdiyimiz məlumata görə, həm də bu səbəbdən Nikol Paşinyana xidmət edən Qarabağ erməniləri arasında bəzi siyasi dairələr, o cümlədən Samvel Babayan hərəkətə keçib”, - deyə qəzet yazıb.

“Rusiya desantı”, hələ də Qarabağda sülənən Ruben Vardanyan mayın 9-da Xankəndidə Bakıya qarşı təxribatçı mitinq təşkil eləmiş, növbəti dəfə Azərbaycana meydan oxumuşdu. Lakin mitinq çox sönük keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti