Azərbaycanda yeni virus yayılıb - XƏBƏRDARLIQ

17 May 2023 13:50 Problem 898
Azərbaycanda yeni virus yayılıb - XƏBƏRDARLIQ

Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müşahidə olunan yeni virus yayılıb.

Bu xəstəliyin əsas əlaməti boğaz ağrısı olsa da günlərlə davam etməsi insanları narahat etməyə başlayıb.

Vətəndaşlar arasında bir həftə boğaz ağrısından əziyyət çəkənlərə də rast gəlinir.

Əhali arasında boğaz ağrısı ilə müşahidə olunan virusun yayılması zamanı hansı tədbirlər görülməlidir? İnsanlar bu virusdan necə qoruna bilər?

BAKU.WS saytı bu suallara cavab almaq üçün professor, tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib.

Professor bildirib ki, hazırda ölkə üzrə respirator infeksiyalar davam edir:

"Boğaz ağrısı ilə keçən bu xəstəlik də virus xəstəliyidir. Lakin birmənalı şəkildə demək olmur ki, bu, koronavirusun davamıdır, yoxsa başaqa bir respirator infeksiyadır.

Məsələ ondadır ki, respirator infeksiyalar yuxarı tənəffüs yolları infeksiyaları ilə paralel davam etdiyindən eyni qaydalara əməl olunmalıdır.

Virusa yoluxan şəxslər digərlərini yoluxdurmamaq üçün maska taxmalı, məsafə saxlamalı, yataq rejimində olmalı, çoxlu maye qəbul etməli və xəstəliyi ağırlaşdırmamalıdır.

Eyni zamanda immun sisteminin möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır. Hazırki dövrdə vitaminli qidalara üstünlük vermək olduqca vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı