Erməni çirkinliyinə belə “haqq” qazandırdı: "Bu, qanımızda var”

16 May 2023 07:30 Problem 563
Erməni çirkinliyinə belə “haqq” qazandırdı: "Bu, qanımızda var”

Ermənistanın “Daşnaksütyun” partiyasının üzvü Taron Manukyan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının cırılması skandalına “haqq” qazandırıb.

Sportinfo.az xəbər verir ki, “daşnak” biabırçılıq və barbarlığı “ləyaqətli ermənilərin əməli” adlandırıb.

Növbəti erməni çirkinliyindən vəcdə gələn Manukyan sosial şəbəkə hesabında yazır:

“Kompleksdə asılan Türkiyə və Azərbaycan bayraqlarının ləyaqətli ermənilər tərəfindən cırılması öz sevgimizin, milli genimizin əlimizdən alına bilməyəcəyinə bir daha sübutdur. Aram Nikolyanın hərəkəti və zalda bayrağı cırması da milli toxunulmazlığımızın və immunitetimizin ifadəsinin təzahürüdür. Bu immunitet bizim qanımızdadır”.

Taron kimi düşünən digər ermənilər paylaşımda onları sivil dünya qarşısında biabır edən bu davranışlara "haqq" qazandırıblar.

Fevralın 14-də ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında erməni stilist Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.

Bu olaydan iki gün sonra isə sosial şəbəkələrdə salonda asılmış Türkiyə və Azərbaycan bayraqlarının cırılmasının görüntüləri yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu